...

Lavrov Argentinada və Braziliyada xarici siyasət məsələlərini müzakirə edəcək

Siyasət Materials 10 İyun 2013 01:23 (UTC +04:00)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Argentinaya səfər edəcək. Trend RİA Novostiyə istinadən xəbər verir ki, XİN rəhbəri həmkarı Ektor Timermanla iki ölkənin münasibətlərinin gələcək inkişaf istiqamətlərini müzakirə edəcək.
Lavrov Argentinada və Braziliyada xarici siyasət məsələlərini müzakirə edəcək

Azərbaycan, Bakı, 10 iyun / Trend /

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Argentinaya səfər edəcək. Trend RİA Novostiyə istinadən xəbər verir ki, XİN rəhbəri həmkarı Ektor Timermanla iki ölkənin münasibətlərinin gələcək inkişaf istiqamətlərini müzakirə edəcək.

"Bizim ölkələr dünya siyasətilə bağlı prinsipial məsələlərdə yaxın mövqe nümayiş etdirirlər" - deyə Rusiya XİN-dən deyilib.

Məlumata görə, nazirlər BMT TŞ çərçivəsində "İyirmilər qrupu"nda Rusiya-Argentina əməkdaşlığını müzakirə edəcək.

Növbəti gün isə Sergey Lavrov Braziliyaya səfər edəcək.

Bu ölkədə isə beynəlxalq münasibətlər sisteminin ən vacib problemləri müzakirə mövzusu olacaq.

Xəbər lenti

Xəbər lenti