...

Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının yeni səfiri ilə görüşüb (FOTO)

Siyasət Materials 13 İyun 2013 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir S.Əhmədova/

Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Müsaid bin İbrahim əs-Süleymi qəbul edib. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

E.Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının səfirini ölkəmizə təyin olunması münasibətilə təbrik edib və ölkələrimiz arasındakı münasibətlərin inkişafından məmnunluğunu bildirib. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiyini və əməkdaşlığın iqtisadiyyat, turizm, ticarət kimi sahələrdə də inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Xarici işlər naziri, həmçinin müqavilə-hüquq bazasının möhkəmləndirilməsi və qarşılıqlı səfərlər mübadiləsinin əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb.

Səfir Müsaid bin İbrahim əs-Süleym səmimi qəbula görə təşəkkür edib və ölkəmizə səfir təyin olunmasından məmnunluğunu bildirib. Ölkəsinin dost və qardaş Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin genişləndirilməsi istiqamətində səylər göstərəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti