...

Səfir: Azərbaycan-Niderland münasibətlərinin inkişaf etdirilməsi üçün potensial var

Siyasət Materials 14 İyun 2013 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir S.Əhmədova/

Xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığının səfiri Aryen Peter Uyterlindeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov ölkələrimiz arasındakı əməkdaşlığın səviyyəsindən məmnunluğunu qeyd edərək, ikitərəfli münasibətlərin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. Nazir, həmçinin səfir A.P.Uyterlindeyə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Niderland Krallığının səfiri, öz növbəsində, Azərbaycan-Niderland ikitərəfli münasibətlərinin inkişaf etdirilməsi üçün potensialın olduğunu bildirib.

Görüş zamanı, həmçinin münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti