...

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat verib

Siyasət Materials 21 İyun 2013 14:39 (UTC +04:00)
Milli Məclis Avropa Parlamentinin 13 iyun tarixli qətnaməsi ilə bağlı bəyanat verib.
Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat verib

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir M.Əliyev/

Milli Məclis Avropa Parlamentinin 13 iyun tarixli qətnaməsi ilə bağlı bəyanat verib.

Trend-in məlumatına görə, bəyanatı Milli Məclisin cümə günü keçirilən növbədənkənar iclasında vitse-spiker Valeh Ələsgərov səsləndirib.

Bəyanatda qeyd olunub ki, Azərbaycan Avronest Parlament Assambleyasının təsisçilərindən biridir, Avropa İttifaqı ilə assosiativ saziş hazırlanır.

Bəyanatda vurğulanır ki, iyunun 13-də Azərbaycanla bağlı məsələnin Avropa Parlamentinin plenar iclasında müzaikrəyə çıxarılması və qətnamə qəbul edilməsi anlaşılan deyil, Avropa Parlamentinin məsələni dəqiqləşdirmədən, tələm-tələsik belə bir qətnamə qəbul etməsi təəssüf doğurur. Bir sıra şəxslərin həbs müddətlərinin uzadılması yeni halların üzə çıxması ilə bağıldır. Həbs edilmiş şəxsin qeyd-şərtsiz, təcili azad edilməsi tələbi qəbuledilməzdir.

Bəyanatda vurğulanır ki, Azərbaycanda rəsmən prezident seçkiləri kampanyiası başlamayıb, prezidentliyə namizədlər qeydiyyatdan keçməyib.

Bəyanatda deyilir: "Cinayət Məcəlləsinə edilən dəyişikliklər də "Diffomasyia haqqında" qanunun qəbuluna heç bir maneə törətmir. İnternetlə bağlı hər hansı problem yoxdur. Azərbaycan xalqı demokratik inkişaf yolu tutub. Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəli mexanizmi var. Azərbaycanın insan hüquqlarını pozan bir dövlət kimi Avropa Parlamentində müzakirəyə çıxarılması qeyri-obyektiv hal kimi qiymətləndirilməlidir. Bu, Avropa İttifaqının Azərbaycanla bağlı syiasətini fərqli istiqamətə yönəltməyə cəhddir. Bu, yeni qaz dəhlizi ilə bağlı qərarın qəbulu və Prezident İlham Əliyevin Brüsselə səfəri ərəfəsinə təsadüf edir və iqtisadi maraqlardan xəbər verir. Azərbaycan müstəqil dövlətdir və Avropa İttifaqı ilə münasibətləri hüquq bərabərliyi əsasında inkişaf edir. Heç bir qüvvə Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti