...

Prezident İlham Əliyev və xanımı Bakıda, “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” hotelinin açılışında iştirak ediblər (FOTO)

Siyasət Materials 24 İyun 2013 14:18 (UTC +04:00)
İyunun 24-də Bakıda, “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” hotelinin açılışı olmuşdur.
Prezident İlham Əliyev və xanımı Bakıda, “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” hotelinin açılışında iştirak ediblər (FOTO)

Azərbaycan, Bakı, 24 iyun /Trend/

İyunun 24-də Bakıda, "Alov qüllələri" kompleksindəki "Fairmont Baku" hotelinin açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.

Dövlətimizin başçısı "Fairmont Baku" hotelinin rəmzi açılışını bildirən lenti kəsdi.
Oteldə yaradılmış şəraitlə tanışlıq zamanı Azərbaycan Prezidentinə və xanımına məlumat verildi ki, 784 yerlik mehmanxanada 319 nömrə vardır. Kompleksin 37 mərtəbəli mehmanxana qülləsinin hündürlüyü 163 metrdir. Buradakı konfrans, iclas, idman zalları, restoranlar və s. ən müasir standartlara cavab verir.

Sonra Prezident İlham Əliyev hotelin kollektivi ilə görüşdü.

Dövlətimizin başçısı "Fairmont Baku" mehmanxanasında yaradılmış şəraitdən məmnunluğunu bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti