...

İlham Əliyev Hindistan Prezidentinə başsağlığı verib

Siyasət Materials 24 İyun 2013 19:26 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Hindistan Prezidenti Pranab Mukherciyə başsağlığı verib.
İlham Əliyev Hindistan Prezidentinə başsağlığı verib

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Hindistan Prezidenti Pranab Mukherciyə başsağlığı verib.

Başsağlığında deyilir: "Ölkənizdə baş vermiş irimiqyaslı təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Hindistan xalqına Azərbaycan xalqı adından və öz adımdan dərin hüznlə başsağlığı verir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti