...

Rusiya və ABŞ BMT TŞ-nin Holan sülhməramlıları ilə bağlı qətnaməsinin mətnini razılaşdırıblar

Siyasət Materials 26 İyun 2013 04:09 (UTC +04:00)
Rusiya və ABŞ diplomatları BMT TŞ-nin Holan sülhməramlıları ilə bağlı qətnaməsinin mətnini razılaşdırıblar. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin deyib.
Rusiya və ABŞ BMT TŞ-nin Holan sülhməramlıları ilə bağlı qətnaməsinin mətnini razılaşdırıblar

Azərbaycan, Bakı, 26 iyun /Trend/

Rusiya və ABŞ diplomatları BMT TŞ-nin Holan sülhməramlıları ilə bağlı qətnaməsinin mətnini razılaşdırıblar. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin deyib.

"Biz demək olar ki, mətni dəqiqləşdirmişik" - deyə o, BMT TŞ-nin Yaxın Şərq məsləhətləşmələrindən sonra bildirib.

Çurkinin sözlərinə görə, qətnamənin səsverməsinin iyun ayının 27-də keçirilməsi nəzərdə tutulub.

O, deyib ki, mətndə Suriya müxalifətinin Holan yüksəkliyinə gəlməsilə bağlı siyasi mətləblər var.

"Bununla biz razıyıq" - deyə Çurkin əlavə edib.

Xəbər lenti

Xəbər lenti