Azərbaycan, Bakı, 17 iyul /Trend/
Pakistanda prezident seçkilərinin vaxtı bəlli oldu. Trend-in "Anadolu" agentliyinə istinadən yaydığı xəbərdə deyilir ki, Pakistan prezidentinin sözçüsü Fərhatullah Babar verdiyi açıqlamada deyib ki, dövlət başçısı Asif Əli Zərdari səlahiyyət müddəti bitmədən istefa verməyəcək, eyni zamanda, ikinci dəfə namizədliyini irəli sürməyəcək.
Məlumatda deyilir ki, Zərdari sentyabrın 8-dək prezident səlahiyyətlətini davam etdirəcək.
Ölkənin 13-cü prezidenti isə avqustun 6-da keçiriləcək seçkilərdə bəlli olacaq.
Namizədlərin qeydə alınması prosesi isə iyulun 24-dək davam edəcək.
Qeyd edək ki, Pakistanın konstitusiyasına görə, prezident qurul tərəfindən təyin edilir. Bu qurulda isə Pakistan parlamentinin hər iki qanadının və Pakistan vilayət qanunvericilik məclislərinin nümayəndələri iştirak edir.