...

Prezident İlham Əliyev Şabranda Bayraq Meydanında yaradılan şəraitlə tanış olub (FOTO)

Siyasət Materials 19 İyul 2013 20:33 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Şabrandakı Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur.
Prezident İlham Əliyev Şabranda Bayraq Meydanında yaradılan şəraitlə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Şabrandakı Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur.

Azərbaycanın əksər bölgələrində olduğu kimi, Şabranda da yeni yaradılmış Bayraq Meydanı və burada ucaldılan dövlət bayrağı möhtəşəmliyi ilə diqqəti cəlb edir. Bu Bayraq Meydanı da ölkəmizdə dövlət atributlarına hörmət və ehtiramın ən yüksək səviyyədə olmasının daha bir əyani sübutudur. Şabrandakı Bayraq Meydanı da bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Bildirildi ki, bayraq dirəyinin hündürlüyü 26 metrdir. Meydan Şabranın giriş hissəsində yerləşir. Ərazidə geniş abadlıq işləri aparılmış, yaşıllıq salınmışdır. Əhalinin istirahəti üçün hər cür şəraitin yaradıldığı meydanda müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Diqqətə çatdırıldı ki, meydan inşa olunarkən burada Azərbaycan memarlıq məktəbinin elementlərindən geniş istifadə edilmişdir. Bayraq Meydanındakı binada Azərbaycanın dövlət atributları, Şabran rayonunun emblemi və qədim xəritəsi, üçüncü mərtəbədə bölgənin xalçaçılıq sənətinin tarixi ilə bağlı ekspozisiya, dördüncü mərtəbədə "Xınayaxdı" folklor xalq kollektivinin dekorativ xalq tətbiqi sənəti nümunələri, beşinci mərtəbədə rayonun həvəskar rəssamlarının yağlı boya ilə çəkilmiş əsərləri nümayiş etdirilir.

Dövlətimizin başçısına görüləcək növbəti işlər barədə məlumat verildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti