...

Polşalı ekspertlər Kaçinskinin təyyarəsinin hissələrini yenidən araşdırırlar

Siyasət Materials 24 İyul 2013 03:37 (UTC +04:00)
Polşalı prokuror və 4 ekspert 10 aprel 2010-cu ildə Lex Kaçinskinin Smolenskdə partlamış təyyarəsinin hissələrini yenidən araşdırırlar. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bu haqda Polşanın baş hərbi prokurorluğu məlumat verib.
Polşalı ekspertlər Kaçinskinin təyyarəsinin hissələrini yenidən araşdırırlar

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Polşalı prokuror və 4 ekspert 10 aprel 2010-cu ildə Lex Kaçinskinin Smolenskdə partlamış təyyarəsinin hissələrini yenidən araşdırırlar. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bu haqda Polşanın baş hərbi prokurorluğu məlumat verib.

"Smolenskdə Polşanın prokuroru və 4 eksperti var. Onlar fiziki-kimyəvi araşdırma ilə məşğuldur" - deyə Polşanın baş hərbi prokurorluğunun nümayəndəsi bildirib.

Məlumata görə, polşalı nümayəndə heyətinin Rusiyaya səfəri əvvəlcədən razılaşdırılıb. Onlar təkrar araşdırma həyata keçirir, həmçinin, Polşada növbəti laboratoriya təhlilləri keçirmək üçün nümunələr götürürlər.

Qeyd edək ki, polşalı ekspertlər həftənin sonunadək Smolenskdə olacaq.

Xəbər lenti

Xəbər lenti