...

Azərbaycan və Rusiya arasında yeni körpünün tikilməsi ilə bağlı protokol imzalanıb

Siyasət Materials 24 İyul 2013 14:04 (UTC +04:00)
Samur sərhəd-keçid məntəqəsində Rusiya Federasiyasının nəqliyyat naziri Maksim Sokolovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov arasında görüş keçirilib.
Azərbaycan və Rusiya arasında yeni körpünün tikilməsi ilə bağlı protokol imzalanıb

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir E.İsmayılov/

Samur sərhəd-keçid məntəqəsində Rusiya Federasiyasının nəqliyyat naziri Maksim Sokolovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov arasında görüş keçirilib.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, görüş zamanı Samur çayı üzərində yeni körpünün tikilməsi və köhnə körpünün təmiri ilə bağlı fikir mübadiləsi aparılıb və müvafiq protokol imzalanıb.

Tədbirdə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər ərzində əldə olunan nailiyyətlər, nəqliyyat-yol kompleksində həyata keçirilən irimiqyaslı layihələr, həmçinin Rusiya ilə Azərbaycan arasında nəqliyyat əlaqələrinin mövcud vəziyyəti və perspektivlər, habelə ikitərəfli əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti