...

ABŞ Türkiyənin Somalidəki səfirliyinin işçilərinə terror hücumunu pisləyib

Siyasət Materials 28 İyul 2013 11:10 (UTC +04:00)
Birləşmiş Ştatlar Türkiyənin Somalidəki diplomatik nümayəndəliyinin binasına terror hücumunu kəskin şəkildə pisləyir.
ABŞ Türkiyənin Somalidəki səfirliyinin işçilərinə terror hücumunu pisləyib

Azərbaycan, Bakı, 28 iyul /Trend/

Birləşmiş Ştatlar Türkiyənin Somalidəki diplomatik nümayəndəliyinin binasına terror hücumunu kəskin şəkildə pisləyir. Trend ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən məlumat verir ki, bunu departamentin nümayəndəsi Cen Psaki bəyan edib.

ABŞ ölənlərin ailələrinə başsağlığı verib, terror aktı zamanı xəsarət alanların isə tezliklə sağalmasını diləyib.

Psaki bildirib: "Türkiyə Somaliyə yardım göstərilməsində vacib rol oynayır".

Qeyd edək ki, şənbə günü Somalinin paytaxtı Moqadişoda Türkiyə səfirliyinin əməkdaşlarının yaşadığı binanın darvazası qarşısında avtomobilə yerləşdirilmiş partlayıcı qurğu işə düşüb, ölən və xəsarət alanlar var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti