...

ABŞ Azərbaycana Əfqanıstanda səylərinə dəstək verdiyi üçün təşəkkür edib

Siyasət Materials 6 Avqust 2013 04:39 (UTC +04:00)
ABŞ-ın müdafiə naziri Çak Heyqel Əfqanıstanda səylərinə dəstək verdiyi üçün Azərbaycanın müdafiə naziri Səfər Əbiyevə təşəkkürünü bildirib.
ABŞ Azərbaycana Əfqanıstanda səylərinə dəstək verdiyi üçün təşəkkür edib

Azərbaycan, Bakı, 6 avqust / Trend /

ABŞ-ın müdafiə naziri Çak Heyqel Əfqanıstanda səylərinə dəstək verdiyi üçün Azərbaycanın müdafiə naziri Səfər Əbiyevə təşəkkürünü bildirib. Trend bu barədə çərşənbə axşamı Pentaqonun rəsmi saytına istinadən məlumat verir.

Pentaqonun mətbuat katibi Corc Littl deyib ki, Çak Heyqel rəhbəri beynəlxalq təhlükəsizliyə yardım qüvvələri ilə yanaşı Azərbaycan qüvvələrinin davamlı yerləşdirilməsi üçün müdafiə nazirinə təşəkkürünü bildirib.

Heyqel Əfqanıstanda yerüstü, hava və dəniz tranziti üzrə maddi-texniki təminatında Azərbaycanın qiymətli rolu olduğu üçün Əbiyevə təşəkkürünü bildirib.

Mətbuat katibinin sözlərinə görə, "hər iki qurumun liderləri NATO müqaviləsi üzrə qarşılıqlı fəaliyyətin, terrorizmlə mübarizə, müdafiə və dəniz təhlükəsizliyinin transformasiyası məsələləri üzrə birgə işin davam edilməsi üçün razılığa gəliblər".

Müdafiə qurumlarının liderləri, həmçinin regiondakı vəziyyəti müzakirə ediblər.

Littlın sözlərinə görə, Pentaqonun rəhbəri regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsində Azərbaycan rolunu etiraf edir və strateji əməkdaşlığın bundan sonra da davam edəcəyinə ümid edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti