...

Pan Gi Mun və Misirin xarici işlər naziri arasında telefon danışığı olub

Siyasət Materials 7 Avqust 2013 02:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 avqust /Trend/

BMT-nin Baş katibi Pan Gi Mun və Misirin xarici işlər naziri Nəbil Fəhmi arasında telefon danışığı olub. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, danışıq zamanı Misirdəki mövcud vəziyyət müzakirə obyekti olub.

Məlumatda deyilir ki, Pan Gi Mun bütün növ şiddətə qarşı olduğunu dilə gətirib və misirlilərin ifadə və toplaşmaq azadlığının qorunmasının vacibliyini önə çəkib.

Mursinin azad edilməsinə çağırış edən Pan Gi Mun, həmçinin Misirin gələcəyi baxımından indiki liderlərin üzərinə böyük məsuliyyətin düşdüyünü də ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti