Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir A.Tağıyeva/
Livanın paytaxtı Beyrutda "Türk Hava Yolları" aviaşirkətinin iki pilotu oğurlanıb, Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti yazır.
Məlumata görə, türkiyəli pilotçular hotelə qayıdarkən naməlum qrup tərəfindən oğurlanıblar.
Hazırda baş verən hadisə araşdırılır.