Azərbaycan, Bakı, 11 avqust /Trend/
Azərbaycanda rəsmi səfərdə olan İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın başçılıq etdiyi nümayəndə heyəti avqustun 11-də Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əkil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Enriko Letta həmçinin, Şəhidlər Xiyabanını da ziyarət edib.
Burada İtaliya hökuməti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti və nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdilər.
İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Letta "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında İtaliyanın və Azərbaycanın dövlət himnləri səsləndi.
AIi qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.
İtaliya hökumətinin başçısı Enriko Letta Azərbaycan paytaxtının mənzərəsini seyr etdi.