...

Siyavuş Novruzov: Azərbaycanda hər seçkiöncəsi AXCP-Müsavat qarşıdurması özünü daha qabarıq şəkildə büruzə verir

Siyasət Materials 12 Avqust 2013 15:06 (UTC +04:00)
Azərbaycanda hər seçkilər öncəsi AXCP-Müsavat qarşıdurması özünü daha qabarıq şəkildə büruzə verir.
Siyavuş Novruzov: Azərbaycanda hər seçkiöncəsi AXCP-Müsavat qarşıdurması özünü daha qabarıq şəkildə büruzə verir

Azərbaycan, Bakı, 12 avqust / Trend, müxbir M.Əliyev/

Azərbaycanda hər seçkiöncəsi AXCP-Müsavat qarşıdurması özünü daha qabarıq şəkildə büruzə verir. Bu barədə bazar ertəsi Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov son günlər Milli Şura daxilində iki partiya arasında yaranan narazılıqlara münasibət bildirərkən deyib.

S.Novruzov qeyd edib ki, Azərbaycan ictimaiyyəti şahiddir ki, istər həmin partiya funksionerləri, istər orqanları tərəfindən seçkiöncəsi bir- birlərinə qarşı ittihamlar səsləndirilir.

Novruzov gərginliyin yaranmasına səbəb kimi şəxsi maraqların üstünlük təşkil etməsini qeyd edib: "Bu, bir daha sübut edir ki, ümumi maraqlar deyil, şəxsi maraqlar hər şeydən üstün olduğuna görə həmin partiyalar arasında gərginlik yaşanır".

YAP icra katibinin müavini vurğulayıb ki, AXCP və Müsavat partiyaları arasında qarşıdurmalar əbədi olaraq davam edir: "1992-ci ildən başlayaraq AXCP-Müsavat arasında gözdə görünməsə də bəzi hallarda daha kəskin xarakter alan qarşıdurma mövcuddur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti