...

Misridə toqquşmalarda ölənlərlə bağlı fərqli statistika: 525 yoxsa 2200?

Siyasət Materials 16 Avqust 2013 09:40 (UTC +04:00)
Misir ordusu tərəfindən keçmiş prezident Məhəmməd Mursi tərəfdarlarının nümayişlərinin dağıdılması nəticəsində ölənlərin sayı 638 nəfərə çatıb. Trend-in "Əl-Cəzirə" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Misirin Səhiyyə Nazirliyi xəbər yayıb.
Misridə toqquşmalarda ölənlərlə bağlı fərqli statistika: 525 yoxsa 2200?

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir A. Tağıyeva/

Misir ordusu tərəfindən keçmiş prezident Məhəmməd Mursi tərəfdarlarının nümayişlərinin dağıdılması nəticəsində ölənlərin sayı 638 nəfərə çatıb. Trend-in "Əl-Cəzirə" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Misirin Səhiyyə Nazirliyi xəbər yayıb.

Daha əvvəl 525 nəfərin ölməsi barədə məlumat yayılıb. Misirin Səhiyyə Nazirliyində yaralıların sayının dəqiqləşdirldiyini vurğulayıblar.

Misir ordusu dünən səhərdən ölkənin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarlarının etiraz nümayişlərini dağıtmağa başlayıb.

"Müsəlman qardaşları" təşkilatının yaydığı məlumata görə, Qahirənin Rabia Al-Adaviya meydanında keçirilən nümayişlərin dağıdılması zamanı indiyə qədər 2200 nəfər ölüb, 15000 insan isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti