...

Braziliyanın yeni səfiri artıq Azərbaycandadır

Siyasət Materials 28 Avqust 2013 12:20 (UTC +04:00)
Braziliyanın Azərbaycana yeni təyin olunmuş səfiri Santiaqo Bento Fernandes Alkazar diplomatik fəaliyyətinə başlamaq üçün artıq ölkəmizdədir. Bu barədə Trend-ə Braziliyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Braziliyanın yeni səfiri artıq Azərbaycandadır

Azərbaycan, Bakı, 28 avqust / Trend, müxbir S.Agayeva /

Braziliyanın Azərbaycana yeni təyin olunmuş səfiri Santiaqo Bento Fernandes Alkazar diplomatik fəaliyyətinə başlamaq üçün artıq ölkəmizdədir. Bu barədə Trend-ə Braziliyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Yeni səfir yaxın zamanda etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edəcək, sonra isə etimadnaməsini dövlət başçısına təqdim edərək rəsmi fəaliyyətə başlayacaq.

Azərbaycana səfir təyin olunana qədər, Santiaqo Luis Bento Fernandes Alkazar Braziliyanın Burkina Fasodakı səfiri vəzifəsində çalışıb.

O, bu vəzifədə keçmiş Braziliya səfiri Sergio de Souza Fontes Arrudanı əvəz edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti