Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Demokrat Partiyası (ADP) Ali Məclisi bu gün keçirilən iclasda partiya sədri Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.
S.Cəlaloğlu Trend-ə bildirib ki, iclasda namizədliyinin təsdiq olunması üçün sənədlərin tez bir zamanda Mərkəzi Seçki Komissiyasına təqdim olunması qərar alınıb.
Həmçinin iclasda S.Cəlaloğlunun səlahiyyətli nümayəndələri müəyyənləşib.