...

Eldar Namazov izahat alınması üçün Baş Prokurorluğa dəvət edilib

Siyasət Materials 29 Avqust 2013 15:06 (UTC +04:00)
"EL" hərəkatının rəhbəri Eldar Namazov Əflan İbrahimovun müraciəti əsasında Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində aparılan araşdırmalarla bağlı izahatının alınması məqsədi ilə həmin idarəyə dəvət edilib.
Eldar Namazov izahat alınması üçün Baş Prokurorluğa dəvət edilib

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İ.İzzət/

"EL" hərəkatının rəhbəri Eldar Namazov Əflan İbrahimovun müraciəti əsasında Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində aparılan araşdırmalarla bağlı izahatının alınması məqsədi ilə həmin idarəyə dəvət edilib. Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Qeyd edək ki, Ə.İbrahimov kütləvi informasiya vasitələrində Milli Şuranın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirib.

Xatırladaq ki, Eldar Namazovun rəhbərlik etdiyi "EL" hərəkatı da Milli Şuraya daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti