...

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib (FOTO)

Siyasət Materials 29 Avqust 2013 18:14 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının yeni inşa olunmuş inzibati binasının açılışında iştirak etmişdir.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 29 avqust /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının yeni inşa olunmuş inzibati binasının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış oldu.

Məlumat verildi ki, binanın inşasına 2012-ci ilin mayında başlanmışdır. Tikinti işlərinin yüksək keyfiyyətlə və qısa müddətdə görülməsi üçün bütün qüvvələr səfərbər olunmuşdur. Orijinal layihəsi, özünəməxsus memarlıq üslubu ilə tikilmiş üçmərtəbəli bina şəhərin görkəminə əlavə rəng qatır. Ümumi sahəsi 900 kvadratmetr olan bina müasir inventar və avadanlıqla təchiz olunmuşdur.

Binanın foyesində xalqımızın ulu öndəri, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası ilə bağlı fəaliyyətlərini əks etdirən fotolardan ibarət stendlər yaradılmışdır. Binanın 60 nəfərlik iclas zalında partiyanın fəaliyyəti ilə bağlı müxtəlif tədbirlər keçirmək mümkündür. İkinci mərtəbədəki inzibati otaqlarda da hər cür şərait vardır. Buradakı konfrans zalı, arxiv və digər otaqlar müasir səviyyədədir.

Qeyd edildi ki, Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının 1993-cü il yanvarın 16-da 16 ilk ərazi təşkilatının iştirakı ilə təsis yığıncağı keçirilmişdir. Hazırda isə 88 ilk ərazi təşkilatı fəaliyyət göstərir. Hazırda 7 min 256 siyasi həmfikiri birləşdirən YAP Sabirabad rayon təşkilatının üzvləri rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatına mühüm töhfələr verir, aparılan abadlıq-quruculuq və yenidənqurma işlərində yaxından iştirak edirlər.
Yeni Azərbaycan Partiyası təşkilatları üçün belə müasir binaların tikilməsi ilk növbədə işçilərin yüksək səviyyədə fəaliyyət göstərməsinə hesablanmışdır. Bu, həm də respublikanın ağır günlərində ulu öndər Heydər Əliyev tərəfindən yaradılan, çətin və şərəfli yol keçən, ölkənin çiçəklənməsində mühüm xidmətləri olan Yeni Azərbaycan Partiyasına göstərilən diqqəti nümayiş etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti