...

Novruz Məmmədov: Azərbaycan enerji sahəsində çox böyük uğurlar qazanıb

Siyasət Materials 2 Sentyabr 2013 11:13 (UTC +04:00)
Enerji təhlükəsiziliyi dünyada çox mühüm bir məqama çevrilib və Azərbaycan enerji sahəsində çox böyük uğurlar qazanıb.
Novruz Məmmədov: Azərbaycan enerji sahəsində çox böyük uğurlar qazanıb

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Enerji təhlükəsiziliyi dünyada çox mühüm bir məqama çevrilib və Azərbaycan enerji sahəsində çox böyük uğurlar qazanıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiyasiyasının 2-ci "Dəyişən Dünyada Cənubi Qafqaz" adlı forumda çıxışı zamanı deyib.

Azərbaycan haqqında forum iştirakçılarına məlumat verən N.Məmmədov qeyd edib ki, enerji təhlükəsizliyi sahəsində iri layihələrdə Azərbaycan mühüm rol oynayıb: "Azərbaycanın təşəbbüsü və iştirakı olmasaydı, bu layihələr həyata keçirilə bilməzdi. Bu inkişaf bu gün dayanmır və gələcəyə hesablanıb".

N.Məmmədov, həmçinin Azərbaycanın tarixindən də söz açıb: "Tarixinə fikir versək, multikultralizmin qədim tarixə malik olmasının şahidi olarıq. Müxtəlif dinlərə mənsub insanlar uzun illərdir Azrbaycanda mehriban şəraitdə yaşayırlar".

N.Məmmədov qeyd edib ki, Azərbaycanın müstəqilliyindən sonra Azərbaycan rəhbərliyi lazımı addımlar atıb ki, bu geostrategi məkan ölkənin sabitliyini və inkişafını təmin edə bilsin və buna da nail olub: "Azərbayan artıq Cənubi Qafqaz regionunun liderinə çevrilib. Cənubi Qafqaz regionu mürəkkəb bir regiondur və Azərbaycan rəhbərliyi çalışır ki, regionda sülh və sabitlik olsun".

N.Məmmədov deyib ki, Azərbaycan bir çox sahələrdə böyük uğurlara imza atıb: "Həm iqtisadi, həm mədəni, həm də siyasi sahədə böyük addımlar atılıb".

PA rəsmisi Azərbaycanda medianın inkişafına göstərilən diqqətdən də söz açıb və qeyd edib ki, çoxlu sayda media qurumları müstəqil şəkildə fəaliyyət göstərirlər.

N.Məmmədov, həmçnin internetin inkişafından da söz açıb: "Azərbaycan əhalisinin 65 faizi internetdən, sosial şəbəkələrdən istifadə edir".

N.Məmmədov, həmçinin qeyd edib ki, Azərbaycanda 60 siyasi partiya fəaliyyət göstərir və bu partiyaların inkişafı üçün dövlət büdcəsindən yardım ayrılır. N.Məmmədov habelə qeyd edib ki, Azərbaycanda QHT-lərin inkişafına da xüsusi diqqət yetirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti