Gürcüstan, Tbilisi, 6 sentyabr /Trend, müxbir N.Kirsxaliya/
"Şərq tərəfdaşlığı" ölkələrindən (Gürcüstan, Azərbaycan, Ermənistan, Belarus, Ukrayna və Moldova) olan 100-ə yaxın lider Gürcüstanın paytaxtı Tbilisidə görüşüb.
Avropa İttifaqının (Aİ) Gürcüstandakı nümayəndəliyindən cümə günü Trend-ə verilən məlumata görə, onlar Aİ tərəfindən maliyyələşdirilən layihələri təqdim edirlər.
Görüş zamanı nümayəndə heyətlərinin üzvləri "Şərq tərəfdaşlığı" ölkələrinin vətəndaş sektorları qarşısında dayanan problemləri və çağırışları müzakirə edəcəklər.
Forumun təşkilatçısı Avropa Komissiyasıdır. Görüş çərçivəsində layihələr ictimaiyyətə də təqdim olunacaq.