...

Türkiyə Rumıniya ilə birgə hərbi təlimlərə başlayıb

Siyasət Materials 9 Sentyabr 2013 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir A. Tağıyeva/

Türkiyənin Konya vilayətinin hərbi bazasında bu ölkənin və Rumıniyanın Silahlı Qüvvələri (SQ) birgə hərbi təlimlərə başlayıblar. Bu barədə Trend bazar ertəsi Türkiyə SQ-nin rəsmi saytına istinadən məlumat verir.

Məlumata görə, təlimlər sentyabrın 20-dək davam edəcək. Təlimlərdə iki ölkənin Hərbi Hava qüvvələri iştirak edəcəklər.

Təlimlərdə məqsəd kadrların hazırlanması, eləcə də təcrübə mübadiləsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti