...

Qərib Məmmədov: Azərbaycan və Gürcüstan arasında sərhədlərin delimitasiyası üzrə ekspertlər yaxın zamanda görüşəcəklər

Siyasət Materials 10 Sentyabr 2013 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan və Gürcüstan arasında sərhədlərin delimitasiyası ilə bağlı yaradılmış komissiyanın ekspertləri yaxın zamanda görüşəcəklər. Bu barədə çərşənbə axşamı Trend-ə Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbəri Qərib Məmmədov bildirib.

Q.Məmmədov deyib ki, görüşdə bir sıra araşdırılan sənədlərin müzakirəsi aparılacaq: "Delimitasiya məsələləri ilə bağlı sənədlər müxtəlif dövlət qurumları tərəfindən xüsusi araşdırma tələb edir, yenidən arxivlərə baxılmalıdır. Həmin sənədlərin bir çoxu SSRİ dövründən qalanlardır. Həmçinin, sərhəd zolağında müvafiq ölçmə işləri həyata keçirilir".

Komitə rəhbəri qeyd edib ki, hələ ki görüşün tarixi və yeri müəyyənləşdirilməyib. Onun sözlərinə görə, iki ölkə arasında sərhədlərin delimitasiyası ilə bağlı yaradılmış komissiyanın iclasının keçirilməsi üçün ekspertlər tərəfindən yeni materiallar təqdim olunmalıdır.

Qeyd edək ki, Azərbaycanın Gürcüstan ilə dövlət sərhədinin uzunluğu 480 km təşkil edir. Bunun 280 km-i dövlət komissiyaları səviyyəsində razılaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti