...

Həsən Ruhani: Nüvə məsələsi qısa müddətdə həll oluna bilər

Siyasət Materials 11 Sentyabr 2013 04:21 (UTC +04:00)
Əgər Qərbin ciddi niyyəti olsa, nüvə məsələsi qısa müddətdə həll oluna bilər.
Həsən Ruhani: Nüvə məsələsi qısa müddətdə həll oluna bilər

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir D.Xatınoğlu/

Əgər Qərbin ciddi niyyəti olsa, nüvə məsələsi qısa müddətdə həll oluna bilər. Trend-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani canlı efirdə deyib.

Onun sözlərinə görə, İran Nüvə Silahının Yayılmaması haqqında Müqavilə əsasında və yalnız İranın hüquqlarına hörmət ab-havasında nüvə proqramı üzrə danışıqların aparılmasında maraqlıdır.

Buna qədər H.Ruhani bəyan etmişdi ki, İranın nüvə proqramı üzrə müzakirələr Nyu Yorkda keçiriləcək.

İran Prezidentinin Nyu Yorka səfəri bu ayın sonunda gözlənilir. O, BMT Baş Assambleyasının iclasında iştirak edəcək. Bu iclas zamanı İran rəsmilərinin Aİ-nin təhlükəsizlik siyasəti və xarici əlaqələr üzrə ali nümayəndəsi Ketrin Eştonla görüşəcəyi gözlənilir.

H.Ruhani bildirib ki, bu görüşdən sonra İran və "altılıq" danışıqların davam etdirilməsi üçün təyin etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti