...

Con Kerri: Əsəd rejimi legitimliyini itirib

Siyasət Materials 16 Sentyabr 2013 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Suriya Prezidenti Bəşşar Əsədin rejimi legitimliyini itirib və buna görə də ölkədə müvəqqəti hökumətə keçid prosesinə başlamaq lazımdır. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri deyib.

Onun sözlərinə görə, ABŞ, Rusiya və Fransa razılığa gəliblər ki, Dəməşq BMT-nin qərarını icra etməsə, Suriya rejiminə qarşı sanksiyalar tətbiq etmək lazımdır.

C.Kerri qeyd edib ki, Suriyaya hərbi müdaxilə məsələsi sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti