...

Cavanşir Paşazadə: Son 10 ildə Prezident İlham Əliyevin yürütdüyü inkişaf siyasəti seçkilərin nəticələrini şərtləndirən əsas amildir (FOTO)

Siyasət Materials 18 Sentyabr 2013 18:45 (UTC +04:00)
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, millət vəkili Cavanşir Paşazadə çərşənbə günü Lənkəranda seçicilərlə görüş keçirib.
Cavanşir Paşazadə: Son 10 ildə Prezident İlham Əliyevin yürütdüyü inkişaf siyasəti seçkilərin nəticələrini şərtləndirən əsas amildir (FOTO)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, millət vəkili Cavanşir Paşazadə çərşənbə günü Lənkəranda seçicilərlə görüş keçirib. Trend-in məlumatına görə, Lənkəranın Liman şəhəri, Boladi kəndi və Nərimanabad qəsəbəsində keçirilən görüşlərin hər birində 150-200 ziyalı və kənd sakinləri iştirak ediblər.

C.Paşazadə seçicilərlə görüşündə bildirib ki, son 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasət və bu siyasətin uğurları seçkilərin nəticələrini şərtləndirən əsas amillərdir: "Təbii ki, bu inkişaf siyasətinin əsasında ümummilli lider Heydər Əliyevin ideyaları dayanır və xalqımız Heydər Əliyev ideyalarına əsaslanan inkişaf siyasətinin bundan sonra da ölkəmizə uğurlar gətirəcəyinə inanır".

O deyib ki, bu mənada növbəti seçkilərdə İlham Əliyevin namizədliyinin irəli sürülməsi və qələbəsi xalqımızın arzu və istəklərinin ifadəsidir: "Heç kim şübhə etməsin ki, 9 oktyabr seçkiləri xalqın iradəsinin növbəti təntənəsi olacaq və cənab İlham Əliyev yenidən möhtəşəm qələbə qazanaraq prezident seçiləcək".

Lənkəran rayon Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli çıxış edərək bildirib ki, Prezident İlham Əliyev bölgələrə səfərləri özünün prioritet istiqamətlərindən birinə çevirib və vaxtaşırı olaraq əyalətlərə səfər etməklə xalqla həmrəyliyini nümayiş etdirir. Onun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafı işsizlik probleminin həll olunması və region əhalisinin sosial rifah halının yüksəlməsinə xidmət edir.

Lənkəran rayonunun ağsaqqalı Sərad Məmmədov qeyd edib ki, cənab İlham Əliyev səfər etdiyi hər bir rayonda yeni-yeni müəssisələrin açılışını edərək rayonların inkişafı və çiçəklənməsinə öz töhfəsini verir: "Nəzərə almaq lazımdır ki, regionlarda açılan hər bir müəssisə daha neçə-neçə insanın işlə təmin olunması və müvafiq sahələr üzrə inkişaf deməkdir".

Tədbirdə çıxış edənlər əminliklə bildiriblər ki, xalqımız ölkədə həyata keçirilən islahatlara öz açıq dəstəyini nümayiş etdirir. Çünki Azərbaycan cəmiyyəti praqmatikdir və bu islahatların məhz onun mənafeyinə hesablandığını gözəl bilir və
prezident seçkilərində əhalinin böyük əksəriyyəti İlham Əliyevə səs verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti