...

MSK bir sıra qərarlar qəbul etdi

Siyasət Materials 19 Sentyabr 2013 16:37 (UTC +04:00)
Trend-in məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda bir sıra qərarlar qəbul edilib.
MSK bir sıra qərarlar qəbul etdi

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda bir sıra qərarlar qəbul edilib.

İclas zamanı Azərbaycan Sosial Demokrat Partiyası və Azərbaycan Demokrat Partiyası tərəfindən təyin olunmuş məşvərətçi səs hüquqlu üzvlər təsdiq olunub, Milli Dirçəliş Hərəkatı Partiyasının, Müasir Müsavat Partiyasının, o cümlədən öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Zahid Orucun səlahiyyətli nümayəndələri qeydə alınıb.

Bundan əlavə, yığıncaqda Xalq Cəbhəsi Partiyasının, Sosial Demokrat Partiyasının, Demokrat Partiyasının, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənlinin və Ədalət Partiyasının vəkilləri qeydə alınıb.

İclasda, həmçinin bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.

Daha sonra iclasda cari məsələlər müzakirə olunub. Müzakirələr zamanı çıxış edən MSK sədri M.Pənahov prezidentliyə namizədlikləri qeydə alınan namizədlərin nümayəndələrinə pulsuz efir vaxtı çıxış edəcək üzvlərin sayını, adlarını və soyadlarını MSK-ya təqdim etməyi tövsiyə edib. O, qeyd edib ki, adlar vaxtında verilməyəndə sonradan problemlər yaranır ki, bu da narazılığa səbəb olur.

M.Pənahov əlavə edib ki, seçkilər zamanı ölkə üzrə müşahidə aparmaq arzusunda olan müşahidəçilərin sayı 3070-ə, konkret dairə hüdudlarında müşahidə aparmaq istəyənlərin sayı isə 11 340-a çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti