...

İlham Əliyev Malta Prezidentinə təbrik məktubu ünvanlayıb

Siyasət Materials 20 Sentyabr 2013 18:54 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Malta Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Prezident Corc Abelaya təbrik məktubu göndərib.
İlham Əliyev Malta Prezidentinə təbrik məktubu ünvanlayıb

Azərbaycan, Bakı, 20 sentyabr / Trend /

Azərbaycan Prezidenti İlham Əliyev Malta Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Prezident Corc Abelaya təbrik məktubu göndərib.

"Sizə və bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan-Malta dostluğunun daim möhkəmlənməsi və əməkdaşlığımızın əhatə dairəsinin daha da genişlənməsi yolunda qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malta xalqına sülh və firavanlıq arzulayıram", - təbrik məktubunda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti