...

YAP-da prezident seçkisi müzakirə edilib

Siyasət Materials 23 Sentyabr 2013 15:55 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov ABŞ Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin məsul üzvü Duqlas Sieyi qəbul edib.
YAP-da prezident seçkisi müzakirə edilib

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov ABŞ Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin məsul üzvü Duqlas Sieyi qəbul edib.

Trend-in YAP-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə prezident seçkiləri ərəfəsində ümumi ictimai-siyasi vəziyyət haqqında fikir mübadiləsi aparılıb.

Ə.Əhmədov Azərbaycan Prezidenti seçkilərinə hazırlıqla əlaqədar Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi seçki taktikası barədə qonağa ətraflı məlumat verib.

Görüşdə ABŞ-ın ölkəmizdəki səfirliyinin Siyasət şöbəsinin əməkdaşı Qreqeri Filips də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti