Azərbaycan, Bakı, 27 sentyabr /Trend/
İranın xarici işlər naziri Cavad Zərif ölkəsinin nüvə proqramının dinc xarakterli olduğunu sübut edəcəyini söz verib və BMT tərəfindən sanksiyaların birtərəfli əsasda ləğv edilməsi ilə bağlı fikrini bildirib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
C.Zərif jurnalistlərə deyib: "İranın nüvə proqramı dinc xarakterli plandır və beynəlxalq ictimaiyyəti buna inandıracağıq".
Onun sözlərinə görə, İrana qarşı tətbiq edilən sanksiyalar "səmərəsiz"dir və danışıqlar prosesi irəlilədikcə ləğv olunmalıdır.
Qeyd edək ki, Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya ("altılıq" ölkələri) xarici işlər nazirlərinin C.Zəriflə görüşü BMT Baş Assambleyasında keçirilib.