...

İltimas Məmmədov: Azərbaycanda prezident seçkilərinin gedişini onlayn rejimdə izləmək mümkün olacaq (FOTO)

Siyasət Materials 27 Sentyabr 2013 12:28 (UTC +04:00)
"Məntəqələrdə quraşdırılmış veb-kameralar vasitəsilə seçkilərin gedişini onlayn rejimdə izləmək mümkün olacaq.
İltimas Məmmədov: Azərbaycanda prezident seçkilərinin gedişini onlayn rejimdə izləmək mümkün olacaq (FOTO)

Azərbaycan, Bakı, 27 sentyabr / Trend, müxbir İ.İzzət/

Seçki məntəqələrində quraşdırılmış veb-kameralar vasitəsilə seçkilərin gedişini onlayn rejimdə izləmək mümkün olacaq. Hazırda Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) MSK-nin rəsmi saytının tam mühafizəsi üçün təhlükəsizlik tədbirləri görür. Trend xəbər verir ki, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Mərkəzi Seçki Komissiyasında (MSK) yaradılmış veb-kameralara texniki nəzarət mərkəzinə baxış zamanı bildirib.

Onun sözlərinə görə, oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar ölkə üzrə fəaliyyət göstərən 1000 seçki məntəqəsində, yəni ümumi seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırılıb: "Məqsəd seçki prosesində şəffaflığın təmin edilməsidir. Hazırda bütün seçki məntəqələri ilə birbaşa əlaqə yaradılıb və kameralar işlək vəziyyətdədir. Səsvermə günü istənilən internet istifadəçisi MSK-nın rəsmi saytına daxil olmaqla səsvermənin gedişini canlı olaraq izləyə bilər."

Nazir müavini qeyd edib ki, 1998-ci ildə bəzi seçki məntəqələrindən informasiyalar nəqliyyat vasitələri, hətta atla daşınıb. 2005-ci ildə 500 seçki məntəqəsinə veb-kamera quraşdırılıb. 2008-ci ildə 5274 seçki məntəqəsi tam telefonlaşdırılıb. 125 dairənin bütün məntəqələrində fiber-optik kabellərlə internet təşkil edilib. 2013-cü ildə isə veb-kameraların sayı 1000-ə çatdırılıb. Yeni sistem üzərində qurulan veb-kameraların gələcəkdə sayının daha da artırılması imkanı var. Veb-kameralar vasitəsilə yüksək keyfiyyətli video görüntü yaratmaq imkanı yaranıb. Naxçıvan Muxtar Respublikası ilə peyk vasitəsilə Türkiyə üzərindən, eləcə də İran üzərindən əlaqə yaradılıb.

O bildirib ki, 1000 kamera Azərbaycanın bütün coğrafiyasını əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti