...

Azərbaycan Milli Məclisinin payız sessiyası öz işinə başlayıb

Siyasət Materials 30 Sentyabr 2013 11:58 (UTC +04:00)
Bazar ertəsi Azərbaycan Milli Məclisinin payız sessiyası öz işinə başlayıb.
Azərbaycan Milli Məclisinin payız sessiyası öz işinə başlayıb

Azərbaycan, Bakı, 30 sentyabr / Trend, müxbir M.Əliyev/

Bazar ertəsi Azərbaycan Milli Məclisinin payız sessiyası öz işinə başlayıb.

Trend-in məlumatına görə, ilk iclasın gündəliyinə 41 məsələ daxil edilib.

Gündəlikdə olan məsələlərdən 20-si "İstiqlal", "Azərbaycan Bayrağı", "Şöhrət", "Vətənə xidmətə görə", "Şərəf", "Dostluq", "Tərəqqi", "Vətən uğrunda" və sair orden və medalar haqqında qanunlara dəyişiklik edilməsini nəzərdə tutur.

İclasda "Sosial müavinətlər haqqında", "Dövlət rüsumu haqqında", "Notariat haqqında", . "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunlara, həmçinin Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə, Mülki Prosessual Məcəllədə, İnzibati Prosessual Məcəllədə, Əmək Məcəlləsində dəyişikliklər müzakirəyə çıxarılacaq.

İclasda "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" yeni qanun layihəsi də müzakirəyə çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti