...

Mehriban Əliyeva Xətai rayonundakı körpələr-evi uşaq bağçalarında əsaslı təmirdən sonra yaradılmış şəraitlə tanış olub (FOTO)

Siyasət Materials 1 Oktyabr 2013 19:12 (UTC +04:00)
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 1-də Bakının Xətai rayonundakı 315 və 8 nömrəli körpələr-evi uşaq bağçalarında əsaslı təmirdən sonra yaradılmış şəraitlə tanış olmuşdur.
Mehriban Əliyeva Xətai rayonundakı körpələr-evi uşaq bağçalarında əsaslı təmirdən sonra yaradılmış şəraitlə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 1-də Bakının Xətai rayonundakı 315 və 8 nömrəli körpələr-evi uşaq bağçalarında əsaslı təmirdən sonra yaradılmış şəraitlə tanış olmuşdur.

Fondun prezidenti Mehriban Əliyeva əvvəlcə 315 nömrəli körpələr-evi uşaq bağçasına gəldi.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, 1976-cı ildən fəaliyyət göstərən bu bağça indiyədək əsaslı təmir olunmamışdır. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına uyğun olaraq burada əsaslı yenidənqurma işlərinə 2012-ci ilin iyulunda başlanmışdır. Əsaslı təmir nəticəsində bağçada yüksək şərait yaradılmışdır.

Azərbaycanın birinci xanımı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu.

Bildirildi ki, bağçada 1 yaşdan 6 yaşadək olan 230 uşağın təlim-tərbiyəsi ilə 20 nəfər peşəkar mütəxəssis məşğul olacaqdır. Bağçada 6 qrup vardır.

Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva 8 nömrəli körpələr-evi uşaq bağçasında yaradılmış şəraitlə tanış oldular.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, bağçanın ümumi sahəsi 1,2 hektardır. Həyətdə geniş abadlıq-quruculuq işləri aparılmış, yaşıllıq zolaqları salınmış, xüsusi istirahət guşələri yaradılmış, uşaq attraksionları qurulmuşdur.

Azərbaycanın birinci xanımı bağça binasının əsaslı təmirdən əvvəlki vəziyyətini əks etdirən fotostendə baxdı.

Bildirildi ki, 2 mərtəbəli bina 1977-ci ildən fəaliyyət göstərmiş və ötən illər ərzində heç vaxt əsaslı təmir olunmamışdır. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına uyğun olaraq burada əsaslı yenidənqurma işlərinə 2012-ci ilin iyununda başlanmışdır.

Məlumat verildi ki, 220 yerlik bağçada 190 uşağın təlim-tərbiyəsi ilə 24 pedaqoji və 25 xidməti işçi məşğul olacaqdır. Bağçada 2 yaşdan 6 yaşadək 3 rus, 7 Azərbaycan qrupu fəaliyyət göstərəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti