...

ATƏT DTİHB-nin Azərbaycanda prezident seçkilərinə dair ikinci aralıq hesabatı dərc olunub

Siyasət Materials 2 Oktyabr 2013 16:59 (UTC +04:00)
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkilərinə dair ikinci aralıq hesabatı dərc olunub.
ATƏT DTİHB-nin Azərbaycanda prezident seçkilərinə dair ikinci aralıq hesabatı dərc olunub

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir S.Əhmədova/

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkilərinə dair ikinci aralıq hesabatı dərc olunub. Bu barədə Trend ATƏT DTİHB-nin rəsmi saytına istinadən məlumat verir.

Hesabatda ölkədə seçkiöncəsi vəziyyət, prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası ilə bağlı məsələlər, seçki məntəqələri və dairə seçki komissiyalarının seçkilərə hazırlıq işləri və görülən digər işlər barədə məlumatlar əks olunub.

Sənəddə qeyd olunur ki, Mərkəzi Seçki Komissiyası tərəfindən prezidentliyə 10 namizəd qeydə alınıb. MSK tərəfindən İctimai Televiziyada hər həftə namizədlərə 6 saat pulsuz efir vaxtı ayrılıb.

Hesabatda həmçinin qeyd olunur ki, qanunda nəzərdə tutulduğu kimi, MSK seçicilərin sayından üç faiz çox bülleten çap edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti