Azərbaycan, Bakı, 4 oktyabr /Trend/
Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan prezident seçkilərində iştirak edəcəyini hələ dəqiqləşdirməyib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, o bildirib ki, ölkənin prezidenti postuna namizədliyini irəli sürməsi haqqında hələ konkret fikir yoxdur.
Ərdoğan bildirib: "Bu məsələ ilə bağlı mənim hələ ki qərarım yoxdur" .
Onun sözlərinə görə, Ədalət və İnkişaf Partiyasının məsləhətləşmələrə əsaslanan sistemi mövcuddur.
Baş nazir əlavə edib: "Partiya mənim qarşıma hansı məqsədi qoysa, onun naminə çalışacağam".