...

Bahar Muradova Prezidentin şərəf və ləyaqəti haqqında qanunun qəbulu ilə bağlı təklifə münasibət bildirdi

Siyasət Materials 4 Oktyabr 2013 17:25 (UTC +04:00)
Milli Məclisin sədr müavini Bahar Muradova Prezidentin şərəf və ləyaqətinin qorunması barədə qanunun qəbul olunması ilə bağlı təklifə münasibət bildirib.
Bahar Muradova Prezidentin şərəf və ləyaqəti haqqında qanunun qəbulu ilə bağlı təklifə münasibət bildirdi

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir İ.İzzət/

Milli Məclisin sədr müavini Bahar Muradova Prezidentin şərəf və ləyaqətinin qorunması barədə qanunun qəbul olunması ilə bağlı təklifə münasibət bildirib.

B.Muradova Trend-ə bildirib ki, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov belə bir təklif irəli sürməkdə haqlıdır.

O, əlavə edib ki, Prezidentin şərəf və ləyaqətinin qorunması Konstitusiyada nəzərdə tutulur, bunu sadəcə qanun şəklində qəbul etmək qalır: "Lakin belə bir qanun qəbul edilməzdən əvvəl Azərbaycanda yaşayan hər bir vətəndaş bilməlidir ki, səninlə bir mühitdə yaşayan soydaşın, vətəndaşın, Ali Baş Komandanın, Prezidentin şərəf və ləyaqəti, eyni zamanda, sənin şərəf və ləyaqətin olmalıdır. Onu alçaltmaqla, həm də özünü alçaltmış olursan".

B.Muradova hesab edir ki, belə bir qanun hər şeydən əvvəl hər kəsin öz daxilində olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti