...

Mehriban Əliyeva Fransa Senatının üzvü, Senatın müşahidə missiyasının rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb (FOTO)

Siyasət Materials 7 Oktyabr 2013 20:38 (UTC +04:00)
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 7-də Fransa Senatının üzvü, Senatın müşahidə missiyasının rəhbəri Natali Qulenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Mehriban Əliyeva Fransa Senatının üzvü, Senatın müşahidə missiyasının rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 7-də Fransa Senatının üzvü, Senatın müşahidə missiyasının rəhbəri Natali Qulenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nümayəndə heyətini Heydər Əliyev Fondunda salamlayan Mehriban Əliyeva Azərbaycan ilə Fransa arasında çox səmərəli və işgüzar əlaqələrin mövcud olduğunu bildirmişdir.

Birinci xanım, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva may ayında Azərbaycan nümayəndə heyətinin Fransaya səfəri çərçivəsində bir sıra görüşlər keçirdiyini bildirmişdir.

Mehriban Əliyeva belə görüşlərin Azərbaycan ilə Fransa arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verdiyini vurğulamışdır.

Görüşdə Fransa Senatının üzvü, Senatın müşahidə missiyasının rəhbəri Natali Qule Azərbaycana səfərinin məqsədi barədə məlumat vermişdir. Bildirmişdir ki, nümayəndə heyəti ölkəmizdə prezident seçkilərini müşahidə edəcəkdir.

Fransalı Senator Natali Qule Azərbaycana səfərləri çərçivəsində bir sıra rəsmi görüşlər keçirdiyini də vurğulamışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti