...

ATƏT DTİHB-in müşahidəçisi: Azərbaycanda seçici fəallığı yüksəkdir (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 9 Oktyabr 2013 09:00 (UTC +04:00)
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan (DTİHB) iki müşahidəçi Barbara Miller və Dmitriy Serov 17 saylı Yasamal III seçki dairəsinin 30 saylı məntəqəsində Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə edib.
ATƏT DTİHB-in müşahidəçisi: Azərbaycanda seçici fəallığı yüksəkdir (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 9 oktyabr / Trend, müxbir S.Əhmədova/

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan (DTİHB) iki müşahidəçi Barbara Miller və Dmitriy Serov 17 saylı Yasamal III seçki dairəsinin 30 saylı məntəqəsində Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə edib.

Trend-in məntəqədə olan əməkdaşının məlumatına görə, müşahidəçilər seçki məntəqəsinin açılışı prosesini və vətəndaşların səsvermədə iştirakını izləyiblər.

Barbara Miller Trend-ə bildirib ki, seçici fəallığı yüksəkdir.

Seçki məntəqəsinin sədri Rövşən Şirinov Trend-ə bildirib ki, məntəqədə 1430 seçici qeydiyyatdadır.

MDB PA-dan olan Ukrayna Ali Radanın deputatları Qrineveçki Sergey Rafeloviç və Fabrikant Svetlana Samoylovna da həmin məntəqədə səsvermə prosesini izləyib.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Prezident seçkisində 10 namizəd mübarizə aparacaq. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti