...

Qayana Parlamentinin spikeri: İnsanlar həvəslidir, məntəqələrdə çoxsaylı seçici müşahidə olunur

Siyasət Materials 9 Oktyabr 2013 12:34 (UTC +04:00)
İnsanlar həvəslidir, məntəqələrdə çoxsaylı seçici müşahidə olunur. Çox aktiv və davamlı səsvermə prosesi gedir.
Qayana Parlamentinin spikeri: İnsanlar həvəslidir, məntəqələrdə çoxsaylı seçici müşahidə olunur

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir M.Əliyev/

İnsanlar həvəslidir, məntəqələrdə çoxsaylı seçici müşahidə olunur. Çox aktiv və davamlı səsvermə prosesi gedir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Qayana Parlamentinin spikeri, beynəlxalq müşahidəçi Rafael Trotman deyib.

Rafael Trotman bildirib ki, prezident seçkisi ilə bağlı təşkilati vəziyyət yüksək dərəcədədir. İşçilərin peşəkarlığı hiss edilir: "Bir məntəqədə açılış mərasimində iştirak etdim. Himn oxundu, çox bəyəndim. Açılışdan əvvəl himnin oxunması bu prosesə necə ciddi yanaşıldığını göstərir. Əvvəllər başqa ölkələrin də seçki proseslərində iştirak etmişəm. Onu deyə bilərəm ki, burada keçirilən seçkilər bütün normalara uyğun şəkildə aparılır".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 5 145 643 seçici qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti