...

İslandiya parlamentinin üzvü: Azərbaycanda prezident seçkilərində heç bir xəta ilə rastlaşmadıq

Siyasət Materials 9 Oktyabr 2013 18:31 (UTC +04:00)
"Azərbaycanda prezident seçkilərində heç bir xəta ilə rastlaşmadıq". Trend-in məlumatına görə, bunu İslandiya parlamentinin üzvü Braynhildur Petursdottir jurnalistlərə açıqlamasında bildirib.
İslandiya parlamentinin üzvü: Azərbaycanda prezident seçkilərində heç bir xəta ilə rastlaşmadıq

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir S.Əhmədova/

"Azərbaycanda prezident seçkilərində heç bir xəta ilə rastlaşmadıq". Trend-in məlumatına görə, bunu İslandiya parlamentinin üzvü Braynhildur Petursdottir jurnalistlərə açıqlamasında bildirib.

B.Petursdottir deyib: "Düşünürəm ki, hər şey qaydasındadır. Getdiyimiz məntəqələrdə də vəziyyət normal görünürdü".

Onun sözlərinə görə, insanlar ən yaxşı seçimi etmək istəyirlər: "Bu mənim ilkin təəssüratımdır. Azərbaycana ilk səfərimdir. Prosedurlar İslandiyadakından o qədər də fərqli deyil".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Onlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən 5 145 643 seçici qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti