...

MSK məlumatları smartfonlarla əldə etmək üçün hazırlanmış proqramın sınağı zamanı yol verilmiş anlaşılmazlığa dair bəyanat yayıb

Siyasət Materials 9 Oktyabr 2013 19:34 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) qurumun rəsmi saytında olan məlumatların smartfon tipli qurğular vasitəsilə əldə edilməsi məqsədilə hazırlanmış proqramın sınaqdan keçirilməsi zamanı yol verilmiş anlaşılmazlığa dair bəyanat yayıb.
MSK məlumatları smartfonlarla əldə etmək üçün hazırlanmış proqramın sınağı zamanı yol verilmiş anlaşılmazlığa dair bəyanat yayıb

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir M.Əliyev/

Mərkəzi Seçki Komissiyası (MSK) qurumun rəsmi saytında olan məlumatların smartfon tipli qurğular vasitəsilə əldə edilməsi məqsədilə hazırlanmış proqramın sınaqdan keçirilməsi zamanı yol verilmiş anlaşılmazlığa dair bəyanat yayıb.

MSK-dan Trend-ə daxil olan bəyanatda qeyd olunub ki, seçki prosesində aşkarlığın daha geniş təmin olunması məqsədilə Komissiyanın rəsmi saytında olan bütün məlumatların smartfon tipli qurğular vasitəsilə əldə edilməsi və izlənməsini təmin edən proqram modulu və təminatı Mərkəzi Seçki Komissiyasının sifarişi əsasında bu sahədə ixtisaslaşmış "Happy Baku" MMC tərəfindən həyata keçirilib.

Proqrama veb-kameralar vasitəsilə seçki məntəqələrində səsvermə prosesinin onlayn izlənilməsi və internet üzərindən canlı yayımı, seçici fəallığı və səsvermənin ilkin nəticələrinin əldə edilməsinin mümkünlüyü də daxildir.

Qeyd edilən xidmətlərin yalnız seçki günü istifadəyə açıq olacağı barədə şirkət qarşısında xüsusi tələblər qoyulub.

MSK-nın bəyanatında deyilir: "Sonradan bizə bəlli olub ki, proqramla iş başa çatdıqdan sonra onun dəqiq, keyfiyyətli və təyinatı üzrə istifadəsini təmin etmək məqsədilə icraçı şirkət tərəfindən 8 oktyabr 2013-cü ildə müəyyən müddət ərzində 1 seçki dairəsi üzrə (58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi) aralıq testlər keçirilib və proqramın testdən keçirilməsi barədə istifadəçilərə məlumat verilməyib. "Apple" şirkəti tərəfindən təsdiq edildiyindən proqram modulunda 9 oktyabra təyin edilmiş prezident seçkilərində iştirak edən real namizədlərin adlarından, habelə testin dolğunluğunu təmin etmək məqsədilə əvvəlki seçkilərə aid olan statistik məlumatlardan və builki prezident seçkiləri ərəfəsində keçirilmiş müxtəlif rəy sorğularının ümumiləşdirilmiş nəticələrindən istifadə edilib. Test başa çatdıqdan sonra saytdan istifadə dayandırılsa da, bu hal istifadəçilər tərəfindən haqlı olaraq anlaşılmazlıqla qəbul edilib".

Mərkəzi Seçki Komissiyası baş verənlərdən dərin təəssüf hissi keçirir, həmin vaxt proqrama yerləşdirilmiş məlumatların builki seçkilərə heç bir aidiyyətinin olmamasını və yalnız sistemin yoxlanması üçün istifadə olunmuş şərti məlumatlar olduğunu xüsusi qeyd edir və yaranmış anlaşılmazlığa görə seçki prosesinin bütün iştirakçılarından üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti