...

Hacıqabul – Pirsaat mənzilində 9 kilometr əsaslı təmir olunur

Siyasət Materials 11 Oktyabr 2013 09:32 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə daxil olmuş məlumata əsasən, Dövlət Proqramı çərçivəsində bu günə kimi 281 km dəmir yolu əsaslı təmir olunub.
Hacıqabul – Pirsaat mənzilində 9  kilometr əsaslı təmir olunur

Azərbaycan, Bakı, 11 oktyabr / Trend /

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə daxil olmuş məlumata əsasən, Dövlət Proqramı çərçivəsində bu günə kimi 281 km dəmir yolu əsaslı təmir olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamı sürətlə icra olunur.

Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.

11 oktyabr 2013-cü ildə dəmir yolunun Pirsaat-Hacıqabul mənzilində 9 kilometr yolun əsaslı təmirinə başlanıldı. Səhər tezdən start götürən təmir işləri bir həftə davam edəcək.
Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri həyata keçirir. "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilmiş, bu günə kimi 281 kilometr yol əsaslı təmir olunmuş, bunun da 227 kilometrinin 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənməsi başa çatmışdır.

İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir.

Xəbər lenti

Xəbər lenti