...

Rusiya XİN: ATƏT ölkələrində seçkilərin müşahidə olunması prosesini qaydaya salmaq lazımdır

Siyasət Materials 17 Oktyabr 2013 12:23 (UTC +04:00)
ATƏT ölkələrində seçkilərin müşahidə olunması prosesini qaydaya salmaq lazımdır, o gərək təşkilata bütün üzv ölkələrdə bərabər şərtlərdə və vahid qaydada aparılsın.
Rusiya XİN: ATƏT ölkələrində seçkilərin müşahidə olunması prosesini qaydaya salmaq lazımdır

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

ATƏT ölkələrində seçkilərin müşahidə olunması prosesini qaydaya salmaq lazımdır, o gərək təşkilata bütün üzv ölkələrdə bərabər şərtlərdə və vahid qaydada aparılsın. Trend-in məlumatına görə, bu barədə "RİA Novosti" agentliyinə müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksey Meşkov bildirib.

Meşkov vurğulayıb: "ATƏT-in, daha doğrusu onun ixtisaslaşmış institutu olan Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) əsas hədəflərindən biri üzv ölkələrdə keçirilən seçkilərin monitorinqinin aparılmasıdır".

Nazir müavini vurğulayıb: "Seçkilərin müşahidə olunması ilə bağlı məsələdə bizim mövqeyimiz sadə və məntiqlidir. Biz əminik ki, birincisi, ATƏT-ə üzv olan ölkələrdə seçkiləri istisnasız müşahidə etmək lazımdır, ikincisi müşahidələr bərabər hüquqda həyata keçirilməlidir, üçüncüsü isə təşkilata üzv ölkələr tərəfindən təsdiqlənən vahid qaydalar üzrə aparılmalıdır".

Onun sözlərinə görə, lakin bu heç də həmişə belə olmur. Monitorinqlər əsasən "Vyanadan Şərq istiqamətində" olan ölkələrdə aparılır. Məsələn, Azərbaycan və Tacikistanda olan seçkilər zamanı monitorinqlər bir neçə yüz nəfərdən ibarət tam formatlı müşahidəçilər missiyası tərəfindən aparılıb. Məsələn, sentyabrın 22-də Almaniyada keçirilən parlament seçkilərini Büronun tövsiyəsi ilə yalnız iki ekspert müşahidə edib".

Meşkov vurğulayıb: "Bir sözlə, bu sahəni qaydaya salmağın vaxtı çatıb. 2007-ci ildən etibarən KTMT tərəfindən təqdim edilən regionda seçkilərin müşahidə olunması zamanı ATƏT-in məsuliyyətinə dair baza prinsipləri haqqında layihə danışıqlar masasında qalıb.

O, həmçinin əlavə edib ki, bu il Rusiya və Belarusun təşəbbüsü və ATƏT-də Ukraynanın sədrliyinin dəstəyi ilə ATƏT-ə üzv ölkələrin seçki qanunvericiliyinin və təcrübəsinin müqayisəli analizi ilə bağlı büdcədənkənar layihəyə start verilib. Meşkov cari ilin sonuna kimi Vyanada ekspert konfransında onun yekunlarına dair danışıqların keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti