...

Zahid Oruc: Azərbaycan Prezidentini xarakterizə edən ən mühüm keyfiyyətlərdən biri təvazökarlığıdır ki, bu da andiçmə mərasimində özünü göstərdi

Siyasət Materials 19 Oktyabr 2013 17:04 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin xarakterizə edən ən mühüm keyfiyyətlərdən biri kimi onun təvazökarlığı, sadəliyi və hədsiz mehribanlığıdir ki, bugünkü andiçmə mərasimində də özünü qabarıq şəkildə nümayiş etdirdi.
Zahid Oruc: Azərbaycan Prezidentini xarakterizə edən ən mühüm keyfiyyətlərdən biri təvazökarlığıdır ki, bu da andiçmə mərasimində
özünü göstərdi

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Prezidenti İlham Əliyevin xarakterizə edən ən mühüm keyfiyyətlərdən biri kimi onun təvazökarlığı, sadəliyi və hədsiz mehribanlığıdir ki, bugünkü andiçmə mərasimində də özünü qabarıq şəkildə nümayiş etdirdi. Xatırlayırsınızsa, Prezident İlham Əliyevin öz 50 illik yubileyi günü Ağcabədidə məcburi köçkünlərin yanında olması da bu təvazökarlığın tərkib hissəsi idi. Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib.

Z.Oruv bildirib ki, bu baxımdan Cənab Prezident çox açıq şəkildə dövlət, hökümət orqanları və bütün vəzifə sahibləri, eləcə də parlament hakimiyyəti üçün yaxşı simvoldur və nümunədir.

Xarici qonaqların andiçmə mərasiminə dəvət olunmamasına gəlincə, Z.Oruc deyib ki, burada xarici qonaqlarla bağlı sərt tələb yoxdur ki, kimsə bunu hansı səviyyədə, ayrı-ayrı ölkələrin dövlət başçılarını, yaxud mühüm vəzifə sahiblərini, o cümlədən ölkədə akkreditasiya olunmuş səfirlikləri dəvət etməlidir, yoxsa yox.

Deputat qeyd edib ki, inauqurasiya mərasimlərinin keçirilməsinin dəqiq, sistemləşdirilmiş protokolu yoxdur:

"Hər bir ölkə bunu özünəməxsus qaydada keçirir və yaxud bir sıra hallarda dövlət rəhbərlərinin seçimi ilə müəyyənləşir. Bəzən ayrı-ayrı ölkələrdə mərasimin özü də ciddi bir siyasi polemika mövzusudur. Hətta Rusiyada, yaxud ABŞ-da, o cümlədən Avropa ölkələrində inauqurasiya mərasimlərinə çəkilən xərclər və sərf olunan milyonların özünə belə vətəndaşlardan və yaxud müxtəlif siyasi dairələrdən kəskin reaskiyalar bildirilir. Bir sıra ölkələrdə andiçmə mərasimlərinə milyon dollarla pul xərclənib ki, bu da cəmiyyətdə qınaqla qarşılanıb".

Z.Orucun fikrincə, hər bir rəhbərin, birinci şəxsin andiçmə mərasimi onun xalqa sədaqətlə növbəti dövrdə xidməti ilə müəyyənləşir: "Bu əlamətdar hadisəni yaddaqalan edən, onu daha artıq tutumlu bir mərasimə çevirən bahalı salonlar, yaxud da açıq meydanlar, titullu qonaqlar deyil. Vacib olanı xalqın gözləntilərini ardıcıl, mərhələ ilə gerçəkləşdirməkdir. Bu mənada hesab edirəm ki, cənab Prezidentin tutumlu və proqram xarakterli çıxışında - hər kəs onu axşam dinləyəndə əmin olacaq - çox uzaqgedən açıqlamalar verildi. Düşmən Ermənistana münasibətdə əvvəlki nitqindən də daha kəskin fikirlər səsləndi ki, Ermənistan rəhbərliyi hansı addımları atmalıdır. Ölkənin sosial-iqtisadi gələcəyi, o cümlədən xarici əlaqələri, Azərbaycanın dövlət idarəçilərinin keyfiyyətləri, xalqa münasibətlər, vətəndaş-məmur əlaqələri və s. ilə bağlı fikir səsləndi. Hesab edirəm ki, 19 oktyabr tarixi millətimizin gələcəyi üçün yaddaqalan və mühüm hadisə olacaqdır. Buna görə kimlərinsə "niyə məhz parlamentdə keçirildi" kimi sualları təxminən o deməkdir ki, "nə üçün böyük dəbdəbə nümayiş olunmayıb? Həddindən artıq dövlət məsrəflərinə yol verilməyib?". Təxminən o sualları belə sadalamaq olar".

Z.Oruc bildirib ki, parlament mühüm hakimiyyət qoludur. Dövlət başçısının Prezidentlə qanunverici orqan arasında yaxşı bir əməkdaşlıq göstərməsi çox təqdirəlayiq hadisədir.

"30-dan artıq ölkədə prezidentlər məhz parlamentdə and içirlər. Hesab edirəm ki, bu prosesi belə də sadələşdirməklə ölkə rəhbəri gələcək dönəmdə siyasətində hər zaman dəyişiklikləri və yenilikləri həyata keçirəcəyini göstərmiş oldu".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti