...

Gürcüstan Əfqanıstanda gələcək missiyasında iştirakını təsdiqləyib

Siyasət Materials 23 Oktyabr 2013 22:17 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 oktyabr /Trend, müxbir N.Kirtsxaliya /

Brüsseldə NATO-nun mənzil-qərargahında Şimali Atlantika şurasında NATO-nun üzvü olan və olmayan ölkələrin ISAF-ın missiyasında iştirak edən müdafiə nazirləri ilə görüş keçirilib.
Bu barədə Trend-ə çərşənbə günü Gürcüstanın müdafiə nazirliyindən bildirilib.

Görüşdə Gürcüstanın müdafiə naziri İrakli Alasaniya iştirak edib.

Görüş NATO-nun baş katibi Anders Foq Rasmussen açıb. O, bütün Əfqanıstan miqyasında təhlükəsizliyə görə məsuliyyəti milli qüvvələrinə verilməsini təklif edib.

"İndiyədək təhlükəsizliyə görə məsuliyyətin yerli qüvvələrə verilmə prosesi plan üzrə gedir. Əfqanıstanda sabitlik bizim üçün aktual olaraq qalır. Bu gün biz planlaşdırırıq ki, yeni NATO missiyası necə olmalıdır və hansı şəkildə biz 2014 ildən sonra Əfqanıstanın təhlükəsizlik qüvvələrinə kömək edəcəyik", - Rasmussen bildirib.

Görüşdə Gürcüstanın müdafiə naziri İrakli Alasaniya çıxış edib. O, Əfqanıstanda gürcü kontingentinin missiyasını 2014-ci ildən sonra da davam etdirilməsi barədə Gürcüstan hökumətinin qərarını bir daha səsləndirib.

Xəbər lenti

Xəbər lenti