...

Pakistanın baş naziri ABŞ-ı pilotsuz təyyarələrin iştirakı ilə hücumu dayandırmağa çağırıb

Siyasət Materials 24 Oktyabr 2013 07:00 (UTC +04:00)
Pakistanın baş naziri Nəvaz Şərif çərşənbə günü ABŞ prezidenti Barak Obama ilə görüşündə bəyan edib ki, danışıqlarda Pakistan ərazisində ABŞ-ın pilotsuz uçan aparatlarının zərbələri barədə məsələ qaldırıb.
Pakistanın baş naziri ABŞ-ı pilotsuz təyyarələrin iştirakı ilə hücumu dayandırmağa çağırıb

Azərbaycan, Bakı, 24 oktyabr / Trend /

Pakistanın baş naziri Nəvaz Şərif çərşənbə günü ABŞ prezidenti Barak Obama ilə görüşündə bəyan edib ki, danışıqlarda Pakistan ərazisində ABŞ-ın pilotsuz uçan aparatlarının zərbələri barədə məsələ qaldırıb. Trend Ria Novosti agentliyinə istinadən bu barədə məlumat verir.

"Mən bu cür zərbələrə son qoymaq zərurətini qeyd etmişəm", - Şərif Obama ilə birgə mətbuat konfransı zamanı jurnalistlərə deyib. Obama bu bəyanatı şərh etməyib.

Ötən həftə Amnesty International hüquq-müdafiəsi təşkilatı bildirib ki, ABŞ Pakistan ərazisində terrorçuları axtararaq, beynəlxalq normaları pozur və dinc sakinləri mütəmadi olaraq öldürür. Ağ ev cavabında bildirib ki, ABŞ heç bir qanunu pozmur və dinc əhali arasında itkilərdən yayınmağa çalışır.

ABŞ və Pakistan çox sahələr üzrə, o cümlədən terrorizmə qarşı mübarizə, hərbi əməkdaşlıq, nüvə yayılmaması, iqtisadiyyat və regional problemləri də daxil olmaqla əməkdaşlığın strateji xarakter daşıdığını vurğulayaraq, çərşənbə günü ətraflı birgə bəyanat yayıblar.

Xəbər lenti

Xəbər lenti