Gürcüstan, Tbilisi, 24 oktyabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan Prezidenti Mixail Saakaşvili bu gün Dmanisi və Bolnisi rayonlarının kəndlərində yaşayan azərbaycanlı əhali ilə görüşüb.
Trend-in məlumatına görə, M.Saakaşvili görüşdə bəyan edib ki, heç kəs quldurları Gürcüstanın şəhər və kəndlərinin küçələrinə qaytarmamalıdır.
Prezidentin sözlərinə görə, heç kəs əmək sayəsində qazanılan əmlakı ələ keçirməməlidir: "Heç kəsin azərbaycanlıları təhqir etmək haqqı yoxdur, çünki onlar yeni Gürcüstanın qurulmasında iştirak ediblər".
M.Saakaşvili qeyd edib ki, hazırda Gürcüstanda bütün millətlər bərabərhüquqludur.